Tovuzda binada yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Tovuzda binada yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
# 02 mart 2016 22:44 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda yaşayış binasında yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində Aybəniz Quliyevaya məxsus mənzildə qeydə alınıb. Ev sahibəsinə kömək etməyə gedən qonşu İlham Hüseynov tüstüdən zəhərlənmə simptomu ilə, Aybəniz Quliyeva isə hipertonik kriz keçirdiyi üçün Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 45 kvadratmetr olan iki otaqlı mənzilin mətbəxində mebel 10 kvadratmetr sahədə yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR