MTRŞ: Məhkəmə ANS ÇM-in cərimələnməsi ilə bağlı qərarı qüvvədə saxlayıb

MTRŞ: Məhkəmə ANS ÇM-in cərimələnməsi ilə bağlı qərarı qüvvədə saxlayıb
# 11 mart 2016 10:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin 26 fakt üzrə ANS ÇM Yayım və Media şirkətinə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə 4 fevral 2016-cı il tarixli qərarından ANS ÇM-in Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə verdiyi şikayətlər təmin edilməyib”.

Bunu APA-ya MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib. Aparat rəhbəri qeyd edib ki, Səbail Rayon Məhkəməsi MTRŞ sədrinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar ötən ilin dekabrında MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələyib. 2016-cı ilin yanvar ayında Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxılıb və işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR