Binəqədi RİH-in təşəbbüsü ilə “ASAN FM”-də görüş keçirilib

Binəqədi RİH-in təşəbbüsü ilə “ASAN FM”-də görüş keçirilib
# 21 iyul 2016 07:26 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayonu İcra Hakimiyyətinin (RİH) təşəbbüsü ilə rayonun fəal gəncləri və ASAN könüllüləri 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “ASAN FM” radiosunun qonağı olublar.

RİH-dən APA-ya bildirilib ki, öncə “ASAN FM” radiosunun rəhbərliyi ilə görüş keçirilib. Görüşdə “ASAN FM” radiosunun direktoru Emin Musəvi, RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN Könüllüləri iştirak ediblər.

Görüşdən sonra “ASAN FM” radiosunun inzibati binası ilə tanışlıq olub və sonda RİH tərəfindən bayram münasibətilə “ASAN FM” radiosuna hədiyyə edilən tort kəsilib.

Məlumat üçün bildirək ki, Milli Mətbuat və Jurnalistika Günü “ASAN FM” radiosunun qeyd etdiyi ilk peşə bayramıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR