Qubada 6 yaşlı uşağı maşın vurub

Qubada 6 yaşlı uşağı maşın vurub
# 20 sentyabr 2016 18:37 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Qubada yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Gülay Mikayılovanı maşın vurub. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Azyaşlıya sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR