Çində sərnişin avtobusu aşıb, 10 nəfər ölüb, 42 nəfər xəsarət alıb

Çində sərnişin avtobusu aşıb, 10 nəfər ölüb, 42 nəfər xəsarət alıb
# 28 avqust 2016 18:21 (UTC +04:00)

Bakı-APA. Çinin cənubunda ağır yol qəzası baş verib.


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu qəflətən yoldan çıxaraq aşıb.


Hadisə nəticəsində 10 nəfər ölüb, 42 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan 10-un vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR