Azad Rəhimov Böyük Britaniya parlamentinin üzvləri ilə görüşüb

Azad Rəhimov Böyük Britaniya parlamentinin üzvləri ilə görüşüb
# 28 iyul 2016 10:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun üzvləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Mühafizəkarlar, Leyborist və Liberal demokrat partiyalarını təmsil edən 11 parlament üzvü iştirak edib.Görüşdə A. Rəhimov ölkəmizdə I Avropa oyunları, Formula 1 Grand Prix kimi mötəbər turnirlərin keçirildiyini, bununla yanaşı sentyabr ayında paytaxtda Beynəlxalq Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəyliyi oyunlarının baş tutacağını qonaqların diqqətinə çatdırıb.

Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun üzvləri beynəlxalq səviyyəli nüfuzlu yarışların ölkənin imicinə çox müsbət təsir göstərdiyini, son illər isə bu təsirin daha əyani şəkildə göründüyünü qeyd ediblər.

Daha sonra gənclər və idman sahələri haqda fikir mübadiləsi aparılıb, hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR