Azərbaycandakı mobil operatorların gəlirləri 32 mln. manat azalıb

Azərbaycandakı mobil operatorların gəlirləri 32 mln. manat azalıb
# 14 iyul 2016 11:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri 798,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,0%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 13,7% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,3%-i və ya 393,6 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji dövründə yerli mobil operatorların gəlirləri indikindən 31,8 mln. manat az və ya 425,4 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR