Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılIb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Səbail rayon 8-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də və 8-də Bakı şəhər sakinləri Ağamir Dadaşova və Zamanəddin Qaflanova məxsus evlərdən pul, qızıl əşyalar və sənəd oğurlamış həmyerliləri Niyaməddin Nəsibov, Elxan Əzimov və Aslan Əlizadə tutulublar.
Faktla bağlı araşdırma aparılır.