BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Biznes Simpoziumu keçirilir

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Biznes Simpoziumu keçirilir
# 25 aprel 2016 13:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Biznes Simpoziumu keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib ki, qlobal iqtisadi problemlərin, yoxsulluğun aradan qaldırılması bir ölkənin səyi nəticəsində həll oluna biləcək məsələ deyil. O bildirib ki, bu problemi həll etmək üçün birgə fəaliyyət göstərmək lazımdır: “Biz dayanıqlı inkişaf proqramının reallaşdırılması üçün əlimizdən gələni etməliyik. BMT 2010-cu ildən başlayaraq yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm işlər, layihə və proqramlar həyata keçirir. BMT özəl sektora da böyük dəstək göstərir. Özəl sektorun töhfəsi problemləri aradan qaldırmağa kömək edə bilər. Burada dini məsələlərin rolu danılmazdır. Müxtəlif mədəniyyətləri anlamağın artıq vaxtı çatıb. Biz rolumuzu tam məsuliyyətlə dərk edirik. Ümid bəsləyirik ki, bu simpoziumda önəmli qərarlar veriləcək”.


Tədbirdə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev də çıxış edərək inklüziv dünyanın qurulmasında özəl sektorun rolundan və Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən danışıb.

Simpozium panel müzakirələri ilə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR