BVF Azərbaycana pul siyasəti üzrə əməliyyat çərçivəsini təkmilləşdirməyi tövsiyə edir

BVF Azərbaycana pul siyasəti üzrə əməliyyat çərçivəsini təkmilləşdirməyi tövsiyə edir
# 19 aprel 2016 10:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Aprelin 4-15-də Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) texniki yardım missiyasının nümayəndələri ilə Mərkəzi Bankda (AMB) görüşlər keçirilib. AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, AMB rəhbərliyi, eləcə də aidiyyati struktur bölmələrin əməkdaşları ilə görüşlər zamanı BVF-nin nümayəndə heyətinə ölkədə yaranmış makroiqtisadi vəziyyət, bu vəziyyətə adekvat olaraq pul siyasətində və məzənnə rejimində həyata keçirilən dəyişikliklər barədə geniş məlumat verilib.

Eyni zamanda pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə edilib, BVF ekspertləri tərəfindən müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, AMB cari ildə pul siyasətinin yeni dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi sahəsində BVF ilə əməkdaşlığı davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR