Azərbaycan və Almaniya diplomatik nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə dair saziş imzalayıb

Azərbaycan və Almaniya diplomatik nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə dair saziş imzalayıb
# 03 sentyabr 2016 09:12 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 2-də Almaniya Xarici İşlər Nazirliyində (XİN) “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında Saziş” imzalanıb.

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sazişi Azərbaycan hökuməti adından Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Almaniya hökuməti adından isə AFR XİN-nin ümumi idarəsinin rəisi, ministeraldirektor Volfqanq Dold (Wolfgang Dold) imzalayıblar.

Qeyd olunan sazişə görə, hər iki dövlətdə akkreditə olunmuş diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinə qəbul edən dövlətdə ödənişli əmək fəaliyyəti ilə məşğul olmağa qarşılıqlı əsasda icazə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR