Qax şəhərində körpələr evi-uşaq bağçasının açılışı olub

Qax şəhərində körpələr evi-uşaq bağçasının açılışı olub
# 07 may 2016 16:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Qax şəhərində 5 saylı körpələr evi-uşaq bağçası üçün tikilən 100 yerlik bina istifadəyə verilib.

Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, binada 5 qrup otağı, həmçinin idman və musiqi zalları, yeməkxana, tibb və inzibati otaqlar yerləşir. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Binada müasir istilik sistemi quraşdırılıb.

Valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Diqqətə çatdırılıb ki, bu gün istifadəyə verilən uşaq bağçası da Fondun məktəbəqədər təhsil müəssisələri ilə bağlı proqramı çərçivəsində reallaşıb. Bundan əlavə, Fondun dəstəyi ilə Qax şəhərində 180 yerlik daha bir uşaq bağçasının tikintisi də artıq başa çatıb və cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR