ABŞ Dövlət Departamenti Krıma görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

ABŞ Dövlət Departamenti Krıma görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir
# 15 mart 2016 18:37 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamenti Krımın anneksiya olunmasına görə Rusiyaya qarşı tətbiq edilə biləcək yeni sanksiyaları nəzərdən keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibinin köməkçisi Viktoriya Nuland bildirib.

“Biz bu istiqamətdə əlavə nə edə biləcəyimizi araşdıracağıq”, - deyə Nuland Senatda dinləmələr zamanı müvafiq suala cavabında vəd edib.

Nuland xatırladıb ki, hazırda ABŞ və Aİ tərəfindən tətbiq edilən sanksiyalar bu bölgəyə sərmayə yatırmağı qadağan edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR