Azarkeşlər Moskvada erməni futbolçu meydana çıxan zaman Türkiyə bayraqlarını yandırıblar

Azarkeşlər Moskvada erməni futbolçu meydana çıxan zaman Türkiyə bayraqlarını yandırıblar
# 05 dekabr 2015 08:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Futbol üzrə Rusiya çempionatının 18-ci turunda Ermənistan yığmasının hücumçusu Yura Movsisyan meydançaya çıxan zaman fanatlar Türkiyə bayraqlarını yandırıblar.

APA-nın məlumatına görə, bu barədə “Ultra Sever” fan-klubu öz “twitter” səhifəsində yazıb.

Qarşılama Moskvanın “Spartak” və Samaranın “Krılya Sovetov” komandaları arasında “Açıq Arena”da baş tutub.

Oyunun 60-cı dəqiqəsində “Spartak”ın və Ermənistan yığmasının hücumçusu Yura Movsisyan meydana çıxarkən Moskva klubunun fanatları Türkiyə bayraqlarını yandırmağa başlayıblar.

Qeyd edək ki, Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasında gərginlik yaşanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR