Rusiya və Türkiyə arasında Suriyada aviasiya insidentlərin aradan qaldırılması məqsədilə birbaşa telefon xətti açılıb

Rusiya və Türkiyə arasında Suriyada aviasiya insidentlərin aradan qaldırılması məqsədilə birbaşa telefon xətti açılıb
# 21 oktyabr 2015 02:56 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, bu cür əməkdaşlıq formatı həmçinin Suriyanın “Xmeymim” aviabazasında İsrail Hərbi-Hava Qüvvələrinin komanda məntəqəsi və Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyadakı uçuşlarının idarə mərkəzi arasında da mövcuddur.

Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ arasında Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinə dair anlaşma memorandumu qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR