Azərbaycanda avtomobil qaçıran qrup üzvləri zərərsizləşdirilib

Azərbaycanda avtomobil qaçıran qrup üzvləri zərərsizləşdirilib
# 26 sentyabr 2016 10:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda avtomobil qaçıran qrup üzvləri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 24-də saat 03 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsindən qəsəbə sakini Adil Şirinova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Ceyhun Paşayev və sərnişinləri - Gəncə şəhər sakinləri İsmayıl Baxşəlizadə, əvvəllər məhkum olunmuş Nadir Hüseynov, Sərxan İsgəndərov və Ucar rayon sakini Fərid Abdurəhmanov saxlanalaraq Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırma zamanı İ.Baxşəlizadənin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə federal axtarışda olması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR