Bakı-Qazax magistral yolunda yol qəzası baş verib, yaralı var

Bakı-Qazax magistral yolunda yol  qəzası baş verib, yaralı var
# 29 fevral 2016 23:26 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusla “VAZ” markalı maşının toqquşması nəticəsində 1964-cü il təvəllüdlü İsgəndər İsgəndərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR