Qafqaz Universitetində “Multikultural milli-mənəvi dəyərlər və gənclik” adlı tədbir keçirilib

Qafqaz Universitetində “Multikultural milli-mənəvi dəyərlər və gənclik” adlı tədbir keçirilib
# 16 mart 2016 15:46 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində “Multikultural milli-mənəvi dəyərlər və gənclik” adlı tədbir keçirilib. Universitetdən APA-ya verilən məlumata görə, tədbirdə universitetin müəllim tələbə heyəti ilə yanaşı rəsmi qonaqlar da iştirak edib. Qafqaz Universitetinin tələbəsi Nərmin Zərbəlili qonaqlara Azərbaycanda Novruz bayramı və multikulturalizm ənənələri haqda geniş məlumat verib.

Universitetin rektoru, professor Ahmet Saniç qonaqları salamlayıb və multikulturalizmin əhəmiyyətindən danışıb.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil nazirinin müavini Firudin Qurbanov çıxışlarında Azərbaycanın qədim tarixi ilə, milli-mənəvi dəyərləri ilə dünyada seçilən bir ölkə olduğunu vurğulayıb, Azərbaycan dövlətinin tarixi mədəni irsi əsrlər boyu qoruyub saxladığını bildiriblər. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə idman sahəsindəki uğurlardan danışıb.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Təhsil nazirinin müavini Firudin Qurbanov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Qafqaz Universitetinin mədəniyyət, təhsil və idman sahələrində fərqlənən tələbələrinə sertifikatlar təqdim ediblər.

Sonda universitetin tələbə bədii özfəaliyyət dərnəklərinin hazırladığı “Multikultural milli mənəvi dəyərlər və gənclik” adlı ədəbi-bədii proqram qonaqlara təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR