Çində baş verən yol qəzasında səkkiz nəfər ölüb

Çində baş verən yol qəzasında səkkiz nəfər ölüb
# 05 dekabr 2015 07:50 (UTC +04:00)

Bakı - APA. Çində baş verən yol qəzasında ikisi uşaq olmaqla, səkkiz nəfər ölüb. APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Quandun əyalətində baş verib.

Sement daşıyan yük avtomobili yol kəsişməsində aşaraq içərisində sərnişinlər olan avtomobili əzib.

Avtomobildə olanlardan yalnız biri xəsarət alıb, qalanları hadisə yerindəcə ölüb. Yük maşınının sürücüsü polis tərəfindən tutulub.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR