Nazim Ağabəyovun məhkəmə istintaqı başa çatıb

Nazim Ağabəyovun məhkəmə istintaqı başa çatıb
# 11 aprel 2016 11:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.


Məhkəmə prosesi aprelin 14-də davam etdiriləcək.

Qeyd edək ki, Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

Onu da qeyd edək ki, N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR