Bakı. Şəhriyar Əlizadə - APA. Samux sakini çayda boğulub.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 10-da Samux rayonunun Qarayeri qəsəbəsində qəsəbə sakini Kamil İlyasov at arabası ilə Qoşqar çayını keçərkən araba aşıb və o, çaya düşərək boğulub. Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.