Kürdəmirdə traktor aşıb, xəsarət alan var - VİDEO

Kürdəmirdə traktor aşıb, xəsarət alan var - <span style="color: red;">VİDEO
# 14 noyabr 2015 07:22 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayonunun Muğanlı kənd sakini, 26 yaşlı Nuruyev Əliyar Sabir oğlu idarə etdiyi Ka-700 markalı kotan qoşulmuş traktoru yol kənarına aşırıb.

Hadisə Ağsu- Kürdəmir- İmişli yolunun 46-cı kilometrliyində qeydə alınıb.

Sıxılmış vəziyyətdə qalan sürücünü traktordan Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Qəza-xilasetmə bölməsinin əməkdaşları çıxarıblar. Ə. Nuruyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR