Gəncədə yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb
# 25 yanvar 2016 06:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “QAZ 53” markalı su maşını “Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə “Nissan”ın sürücüsü, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Yadigar Əhmədov və sərnişin 1986-cı il təvəllüdlü Asəf Amanov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR