Şabranda yük maşını ilə minik maşını toqquşub, xəsarət alan var

Şabranda yük maşını ilə minik maşını toqquşub, xəsarət alan var
# 25 yanvar 2016 19:39 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Bu gün axşam saatlarında Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, yük avtomobilinin qarşıda hərəkət edən “Mercedes” markalı minik avtomobilinə çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

Minik avtomobilinin sərnişini, 1973-cü il təvəllüdlü Bakı şəhər sakini İbrahimova Mehriban Oqtay qızı xəsarət alaraq Şabran Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzaya hava şəraitinə uyğun sürət həddinin seçilməməsinin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR