Səlim Müslümov: “Dövlət qurumlarında vakant iş yerləri doldurulacaq”

Səlim Müslümov: “Dövlət qurumlarında vakant iş yerləri doldurulacaq”
# 26 yanvar 2016 10:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “ARDNŞ və “Azəriqaz” istehsalat müəssisəsi ilə birlikdə geniş müşavirə keçirəcəyik və ölkənin ayrı-ayrı yerlərində iş yerlərinin açılması prosesinə start veriləcək. Digər dövlət qurumları ilə də belə görüşlər keçiriləcək, vakant iş yerləri doldurulacaq”.


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, ilkin hesablamalara əsasən 6 ay müddətində ictimai işlərə cəlb olunma yolu ilə ayrı-ayrı regionlarda 200-300 iş yerinin açılması da nəzərdən keçirilir: “Dövlət başçısı tərəfindən bununla bağlı tapşırıqlar verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR