Dövlət Komitəsi daha 9 dini icmaya maliyyə yardımı ayırıb

Dövlət Komitəsi daha 9 dini icmaya maliyyə yardımı ayırıb
# 29 yanvar 2016 14:33 (UTC +04:00)

Bak - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 9 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitə sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsidir. O, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq 96 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 77-si isə İslam dini icmasıdır. İcmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR