FHN Akademiyası 2016/2017-ci tədris ili üçün kursant qəbulu elan edib

FHN Akademiyası 2016/2017-ci tədris ili üçün kursant qəbulu elan edib
# 15 mart 2016 07:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2016/2017-ci tədris ili üçün kursant qəbulu elan edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, FHN Akademiyasında “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Akademiyaya qəbul olmaq istəyən namizədlər tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı, yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Fövqəladə Hallar Nazirliyində sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarında iştirak edir.

Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alacaqlar.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, ixtisaslaşdırılmış auditoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsindədir.

Sənədlər aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi, 8) qəbul edilir. Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytlarından ala bilərsiniz.

Əlaqə telefonları: (012) 512-41-61, (012) 512-41-20

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR