Azərbaycandakı mobil operatorlar iki aya 122 mln. manatdan çox gəlir əldə edib

Azərbaycandakı mobil operatorlar iki aya 122 mln. manatdan çox gəlir əldə edib
# 17 mart 2016 15:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar-fevral ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 251,6 mln. manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali sektoruna aid olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 48,6%-i və ya 122,2 mln. manatı mobil telefon rabitəsindən yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR