Türkiyənin daxili işlər naziri: “İstanbulda terror aktı törədən terrorçu İŞİD terror təşkilatı ilə bağlıdır” - YENİLƏNİB

Türkiyənin daxili işlər naziri: “İstanbulda terror aktı törədən terrorçu İŞİD terror təşkilatı ilə bağlıdır” - <span style="color: red;">YENİLƏNİB
# 20 mart 2016 13:00 (UTC +04:00)

Bakı-APA. Türkiyənin daxili işlər naziri Əfqan Ala martın 19-da İstanbulun İstiqlal prospektində terror aktının Mehmet Öztürk tərəfindən törədildiyini açıqlayıb.

APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Ə. Ala deyib ki, mənfur olayı törədən terrorçunun 1992-ci ildə Qaziantepdə anadan olmuş Mehmet Öztürkdür.

Ə. Ala bildirib ki, əldə edilən faktların terrorçunun İŞİD terror təşkilatı ilə bağlı olduğunu göstərir: “Mənə gələn məlumatlara görə Mehmet Öztürklə bağlı hər hansı axtarış qərarı olmayıb. Məsələnin bütün detalları hərtərəfli araşdırılır. İndiyə qədər olayla bağlı 5 nəfər saxlanılıb”.

***

saat 14:42

Bakı-APA. Martın 19-da İstanbulun İstiqlal prospektində terror aktı törədən canlı bombanın Mehmet Öztürk olduğu təsdiqlənib.

APA-nın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, bu, bu gün tamamlanan DNA testi zamanı təsdiqini tapıb.

Qeyd edək ki, Türkiyədə polis və kəşfiyyatı İstanbulda terror aktı törədən canlı bombanın ölkədə axtarışda olan 4 İŞİD terrorçusundan biri olan Savaş Yıldız, yaxud bölgədə kameralarda görüntüsü olan 24 yaşlı Mehmet Öztürk olması ilə bağlı iki ehtimalını araşdırırdı.

Qeyd edək ki, İstanbulda törədilən terror nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR