Göygöldə çətənə kolları becərən iki qardaş saxlanılıb

Göygöldə çətənə kolları becərən iki qardaş saxlanılıb
# 22 mart 2016 16:31 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə qanunsuz olaraq çətənə kolu beсərən iki nəfər saxlanılıb. Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində rayonun «Dəliş dağ» adlanan ərazisində fermada qanunsuz olaraq çətənə kolları becərən və qurudulmuş marixuana saxlayan rayon sakinləri Cabbar və Etibar Hacıyev qardaşları saxlanılıb. Fermaya baxış zamanı oradan 390,17 qram selofan və kibrit qutularına yığılmış narkotik vasitə olan qurudulmuş marixuana, 26,85 qram 35 ədəd dibçəkdə xüsusi aqrotexniki qaydada becərilən çətənə kolları və 455 qram çəkidə olan 17 ədəd becərilən çətənə kollarının kökləri aşkar olunaraq götürülüb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət içi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR