Putin "Başneft"in özəlləşdirilməsinə icazə verib

Putin "Başneft"in özəlləşdirilməsinə icazə verib
# 17 may 2016 13:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya prezidenti Vladimir Putin "Başneft" şirkətinin (50% + 1 səhm) özəlləşdirilməsi ilə bağlı fərman imzalayıb.

"APA-Economics"in "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev isə bildirib ki, "Başneft"in özəlləşdirilməsi artıq bu ilin birinci yarısında baş tuta bilər: "Dövlət şirkətinin bu ilin birinci yarısında özəlləşdirilməsi mümkündür. "Başneft" özəlləşdirməyə hazır olan üç aktivdən biridir. Bu ayın sonu və ya gələn ayın əvvəli məsləhətçinin qiymətləndirilməsi hazır olacaq və biz sənədlə tanış olacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR