Biləsuvarda əkin sahələri gəmiricilərin hücumuna məruz qalıb

Biləsuvarda əkin sahələri gəmiricilərin hücumuna məruz qalıb
# 04 iyul 2016 07:26 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvarda əkin sahələri gəmiricilərin hücumuna məruz qalıb.

Yerli fermerlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, siçovulabənzər gəmiricilər bitkilərin toxumunu və ya kökünü yeməklə təsərrüfatlara ciddi ziyan vurub. Fermer Tofiq Aslanov deyib ki, əkin sahələrində becərmə işləri apararkən gəmiricilərin yuvalarını görüb. Gəmiriciləri tələf etmək üçün həyata keçirilən tədbirlər isə hələlik səmərəsiz qalıb. Fermerin qənaətincə, zərərvericilər məhv edilməzsə, məhsuldarlıq ciddi şəkildə azala bilər.

Əkinçilərin sözlərinə görə, gəmiricilər təkcə bitkilərin köklərini yeməklə kifayətlənmir, həm də sahələrin suvarılmasına mənfi təsir göstərir. Əkin sahələrində əmələ gəlmiş saysız-hesabsız deşik suyun itkiyə getməsinə səbəb olur.

Biləsuvar rayon Bitki Mühafizə Mərkəzindən verilən məlumata görə, payız-qış aylarında gəmiricilərə qarşı profilaktik tədbirlər aparılıb. Amma yaz və yay mövsümündə yağıntıların normadan artıq düşməsi gəmiricilərin sayının çoxalmasına və onların sürətlə yayılmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR