Azərbaycanın maliyyə naziri Fransa səfirliyində açılmış xatirə kitabını imzalayıb

Azərbaycanın maliyyə naziri Fransa səfirliyində açılmış xatirə kitabını imzalayıb
# 18 iyul 2016 14:38 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Maliyyə naziri Samir Şərifov Azərbaycan hökuməti adından Fransada baş vermiş terrorla əlaqədar Bakıdakı səfirlikdə açılmış xatirə kitabını imzalayıb.

APA-nın xəbərinə görə, Fransanın Azərbaycandakı səfiri Azərbaycan hakimiyyəti və xalqına dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirib. Bunun iki xalq arasında dostluğun daha bir göstəricisi olduğunu deyib.

S.Şərifov Azərbaycan xalqının Fransanın kədərini bölüşdüyünü bildirib, qeyd edib ki, bu hadisə terrorizmlə mübarizədə beynəlxalq səylərin birləşdirilməsini labüdlüyünü vurğulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR