Təhsil naziri Mikayıl Cabbarov Strasburqa səfər edib

Təhsil naziri Mikayıl Cabbarov Strasburqa səfər edib
# 25 iyul 2016 09:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti Fransaya səfər edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfərin əsas məqsədi prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkədə təsis olunacaq Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaradılması prosesinin tamamlamaqdır.

Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Strasburq Universitetinin prezidenti Alen Beretz arasında görüş keçirilib. Görüşdə Azərbaycanın ali təhsil sisteminin inkişafını təmin etmək məqsədi daşıyan “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və dünyanın aparıcı ali məktəblərindən biri olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ-ın iki ölkə arasında əməkdaşlıq çərçivəsində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR