BDU-nun dosentləri İspaniyanın L-Coruna Universitetində olublar

BDU-nun dosentləri İspaniyanın L-Coruna Universitetində olublar
# 10 avqust 2016 11:30 (UTC +04:00)

Bakı – APA. Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq, Biologiya fakültəsinin dosentləri Elmina Qədirli, Səbinə Ömərova və Yaşar Ömərov Tempus proqramı çərçivəsində İspaniyanın L-Coruna Universitetində olublar.

BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ətraf mühitin mühafizəsi ilə bağlı treninqlərə qatılan BDU əməkdaşları universitetin laboratoriyalarında olublar, elmi tədqiqat işlərində iştirak ediblər.

Proqramın sonunda BDU dosentləri L-Coruna Universitetinin sertifikatlarına layiq görülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR