Türkiyədə 4 225 akademik işdən çıxarılıb

Türkiyədə 4 225 akademik işdən çıxarılıb
# 12 avqust 2016 13:00 (UTC +04:00)

Bakı-APA. Türkiyə Ali Təhsil Qurumunda (YÖK) yaradılan Fövqəladə Komissiyanın Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar dövlət və dərnək universitetlərində apardığı araşdırmanın ilkin nəticəsi açıqlanıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, universitetlərdə akademik və idarəetmə strukturlarında çalışan 6 792 nəfər barədə araşdırmalara başlanılıb, 5 342 nəfəri artıq tutduğu vəzifədən uzaqlaşdırıb.

Məlumatda bildirilir ki, barəsində araşdırma aparılanlardan 5 2470 akademikdir. onlardan 4 225-i işdən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR