“Qalatasaray”ın həbsinə qərar verilən üç keçmiş futbolçusunun əmlakı müsadirə olunacaq

“Qalatasaray”ın həbsinə qərar verilən üç keçmiş futbolçusunun əmlakı müsadirə olunacaq
# 26 avqust 2016 09:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Qalatasaray” klubunun keçmiş futbolçuları Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin əmlaklarının müsadirə olunması haqda qərar qəbul edilib.

APA-nın xəbərinə görə, bu barədə “Habertürk” məlumat yayıb.

Qeyd edək ki, keçən həftə komandanın keçmiş futbolçusu və sabiq millət vəkili Hakan Şükürün də əmlakının müsadirə olunması barədə qərar qəbul verilib.Hazırda ABŞ-da yaşayan Hakan Şükürün atası tutulub.

Xatırladaq ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Hakan Şükürdən sonra “Qalatasaray”ın daha 3 keçmiş futbolçusu – Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin yaxalanması haqqında sanksiya verib. Prokurorluq Fətullahçı Terror Təşkilatının (FETÖ) ölkə futbolundakı təşkilatlanması ilə bağlı təhqiqat aparır. Arif Ərdəmin iyulun 23-də Türkiyəni tərk etdiyi müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR