Əmək bazarındakı statistika FED-i uçot dərəcəsini artırmağa məcbur edəcək

Əmək bazarındakı statistika FED-i uçot dərəcəsini artırmağa məcbur edəcək
# 02 sentyabr 2016 07:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Sifarişlərin və istehsal həcminin azalması fonunda avqust ayında ABŞ-ın istehsal sektorunda aktivlik son 6 ayda ilk dəfə azalıb.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna baxmayaraq, planlaşdırılan ixtisarların sayının az olması III rübdə iqtisadi inkişafın bərpasından xəbər verir.

Dolların möhkəmlənməsi və neftin ucuzlaşması səbəbindən istehsal prosesində çətinliklər olsa da, əmək bazarında müşahidə olunan yaxşı göstəricilər cari ildə Federal Ehtiyatlar Sistemini (FED) uçot dərəcəsini artırmağa sövq edə bilər.

"UniCredit" bankının Nyu-York ofisinin rəsmisi Harm Bandholts hesab edir ki, FED bu ay uçot dərəcəsini artırmayacaq. Onun sözlərinə görə, statistik göstəricilərin təhlili onu deməyə əsas verir ki, FED bu addımı dekabr ayında keçirəcəyi toplantıda ata bilər.

Hazırda birjaların diqqəti bu gün ABŞ-ın Əmək Nazirliyi tərəfindən açıqlanacaq məşğulluq statistikasına yönəlib. Məhz bu statistika FED-in 20-21 sentyabr tarixlərində keçiriləcək toplantısında verəcəyi qərara təsir edəcək.

"Reuters" agentliyinin sorğu keçirdiyi ekspertlərin fikrincə, avqust ayında ABŞ-da qeyri-aqrar sektorunda 180 min yeni iş yerinin açıldığı elan olunacaq. Xatırladaq ki, iyun və iyul aylarında müvafiq olaraq 255 min və 292 mi yeni iş yeri açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR