Sabirabadda 20 yaşlı qız Kürdə batıb - YENİLƏNİB

Sabirabadda 20 yaşlı qız  Kürdə batıb - <span style="color: red;">YENİLƏNİB
# 14 sentyabr 2016 08:46 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı – APA. Kür çayında batan şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan şəxs rayonun Narlıq kənd sakini 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızıdır.

Hazırda axtarışlar davam etdirilir.

****

09:26

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonunun Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR