Gədəbəydə qadın atdan yıxılaraq ağır xəsarət alıb

Gədəbəydə qadın atdan yıxılaraq ağır xəsarət alıb
# 12 sentyabr 2016 23:08 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gədəbəydə qadın atdan yıxılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Dəyə Qarabulaq kənd sakini, 1972-ci il təvəllüdlü Təzəgül Əliyeva ağır kəllə beyin travması xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

Vəziyyəti ağır olduğu üçün o reanimasiya şöbəsinə köçürülüb. Məlumata görə T. Əliyeva qoyunları gətirməyə gedən zaman atdan yıxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR