Azərbaycan yığması “Böyük dəbilqə”yə 32 cüdoçu ilə qatılacaq

Azərbaycan yığması “Böyük dəbilqə”yə 32 cüdoçu ilə qatılacaq
# 20 aprel 2016 14:26 (UTC +04:00)

Bakı – APA. Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Peter Zayzenbaher mayın 6-8-də Bakıda keçiriləcək “Böyük Dəbilqə” yarışında 32 idmançını sınamağa qərar verib.

Avstriyalı mütəxəssis Rioya lisenziya xalı verən turnirdə kişilərin mübarizəsində hər çəkidə 4, qadınların yarışında isə cəmi 4 cüdoçunu yoxlayacaq.

Belə ki, tatamiyə Orxan Səfərov, İlqar Müşkiyev, Vüqar Şirinli, Elburus Zamanov (həmısı 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov, İlkin Babazadə, Telman Vəliyev (hamısı 66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə, İsmayıl Piriyev, Hidayət Heydərov (hamısı 73 kq), Əbdülhaqq Rəsullu, Rüstəm Alimli, Ziya Namazov, Hüseyn Rəhimli (hamısı 80 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov, Tural Səfquliyev, Şahin Qəhrəmanov (hamısı 90 kq), Elmar Qasımov, Elxan Məmmədov, Kənan Abdullaxanlı, Cəlil Şükürov (hamısı 100 kq), Uşanqi Kokauri, Xalid Mehdiyev, Nadir Hüseynov, Ayxan Cəfərov (hamısı 100 kq), Aişə Qurbanlı, Şəfəq Məmmədova (hər ikisi 48 kq), Şəhanə Əlməmmədova (57 kq) və Gülsədəf Kərimova (63 kq) çıxacaqlar.

Qeyd edək ki, yarışa ümumilikdə 89 ölkədən 591 idmançı qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR