Pak Ayin: “İran vətəndaşları üçün viza rejimi ya ləğv olunacaq, ya da vizalar hava limanı və ya sərhəddə veriləcək”

Pak Ayin: “İran vətəndaşları üçün viza rejimi ya ləğv olunacaq, ya da vizalar hava limanı və ya sərhəddə veriləcək”
# 25 fevral 2016 13:59 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında viza məsələsi ilə bağlı müzakirələr aparılıb.

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, tərəflər turizm əlaqələrinin inkişafı üçün viza probleminin həllinin vacibliyini vurğulayıblar: “İran vətəndaşları üçün viza rejimi ya birdəfəlik aradan qaldırılacaq, ya da vizaların verilməsi hava limanlarında və ya sərhəd-keçid məntəqələrində həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR