AFFA “Neftçi”nin hücumçusuna göstərilən sarı vərəqəni ləğv edib

AFFA “Neftçi”nin hücumçusuna göstərilən sarı vərəqəni ləğv edib
# 19 aprel 2016 10:40 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXX turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Qəbələ” ilə qarşılaşmada ikinci sarı vərəqə üzündən meydandan kənarlaşdırılan Saşa Yunisoğlu 1 oyunluq cəzalanıb və “Rəvan”ı 200 manat ziyana salıb.

88-ci dəqiqədə “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğu üçün 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.

4 oyunçusu xəbərdarlıq alan “Qəbələ” 1000 manat cərimə olunub. “Qarabağ”la görüşdə 6 futbolçusu sarı vərəqə alan “Neftçi” də eyni cəzaya məruz qalıb.

AZAL – “Sumqayıt” matçında hər iki komandanın 4 üzvü xəbərdarlıq aldığı üçün klubların hərəsi 1000 manat ziyana düşüb.

İntizam Komitəsi Ruslan Qurbanova göstərilən sarı vərəqənin düzgün olmamağı ilə bağlı müraciət edən “Neftçi”nin şikayətinə də baxıb. Qərara əsasən, oyunun 23-cü dəqiqəsində Qurbanova simulyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməyi səbəbindən ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR