Şoyqu: “NATO bizi reaksiya verməyə məcbur edir”

Şoyqu: “NATO bizi reaksiya verməyə məcbur edir”
# 25 mart 2016 11:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “NATO Avropada hərbi potensialını artıraraq Rusiya Müdafiə Nazirliyini reaksiya verməyə məcbur edir”.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə naziri Serqey Şoyqu bildirib. "NATO Rusiya sərhədləri də daxil olmaqla, Avropada hərbi potensialını genişləndirir. Sözsüz, bu vəziyyət bizi narahat etməyə bilməz. Biz ona reaksiya vermək məcburiyyətindəyik”, - deyə o, söyləyib.

S. Şoyqu qeyd edib ki, Rusiyanın Qərb hərbi dairəsinin döyüş hazırlığı daim təkmilləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR