Türkiyə Gürcüstana yeni avtobuslar hədiyyə edib

Türkiyə Gürcüstana yeni avtobuslar hədiyyə edib
# 28 may 2016 02:35 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və İstanbul Böyük Şəhər Bələdiyyəsi rəhbərliyinin təşkilatçılığı ilə Gürcüstan paytaxtına 5 ədəd avtobus gətirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, paytaxt Tiflisə gətirilən avtobuslar hədiyyə olaraq Tiflis Şəhər Meriyası rəhbərliyinə təqdim edilib.

Gürcüstan paytaxtındakı Avropa Meydanında təşkil olunan təqdimetmə tədbirində Türkiyə-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu rəhbərinin köməkçisi Hüseyn Şahin, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü, İETT baş müdiri Mürmin Kahveci, Tiflis Şəhər Meriyasının rəhbəri David Narimaniya və TİKA-nın Tiflis koordinatoru Mustafa Qorxmaz iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR