“Azərbaycan Səfəvi hökmdarı - I Şah Abbas” mövzusunda konfrans keçirilib

“Azərbaycan Səfəvi hökmdarı - I Şah Abbas” mövzusunda konfrans keçirilib
# 22 aprel 2016 14:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda elmi-praktik konfrans keçirilib. Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 201 nömrəli tam orta məktəbdə keçirilən konfransda Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov çıxışında Şah Abbas haqda konfrans iştirakçılarına məlumat verib.

O bildirib ki, Şah Abbas Səfəvi imperiyasının tarixi torpaqlarını geri qaytarmaq üçün qalibiyyətli müharibələr apardığından Səfəvilərin hərbi-siyasi tarixini, xüsusilə Azərbaycan Səfəvi döyüşçülərinin cəngavərlik tarixini və xalqımızın hərbi sərkərdəlik keçmişini öyrənmək üçün “Tarixe-aləmaraye-Abbasi” əsəri misilsiz ilk mənbədir.

Y. Mahmudov onu da qeyd edib ki, Vikipediya ensiklopediyasında Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur.

Konfransda tarixçi-alimlər, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR