Azərbaycanda filmlərin dövlət qeydiyyatına alınmadan nümayişi qadağan olunur

Azərbaycanda filmlərin dövlət qeydiyyatına alınmadan nümayişi qadağan olunur
# 08 dekabr 2015 14:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda kino və videofilmlərin dövlət qeydiyyatına alınmadan yayımı və kütləvi nümayişi qadağan olunur.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 223-11-ci (Kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişi) maddənin əlavə olunması müzakirə edilib.

Maddəyə əsasən, kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan yayımı və kütləvi nümayişinə görə 2 min manat cərimə tətbiq olunacaq.



Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR