Rusiyanın müdafiə naziri Sergey Şoyqu İranda rəsmi səfərdədir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İranda rəsmi səfərdədir
# 21 fevral 2016 12:22 (UTC +04:00)

Bakı – APA. Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 21-də İrana rəsmi səfər edib.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, S. Şoyqu səfər çərçivəsində İran prezidenti və müdafiə naziri ilə görüşəcək.

Qeyd edək ki, Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin fevralın 20-də verdiyi açıqlamasında İranın əlavə S-300 zenit-raket kompleksləri almaqda maraqlı olduğunu bildirmişdi.

Ötən ilin noyabrında Rusiya və İran S-300 zenit-raket komplekslərinin satışına dair müqavilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR