Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub
# 03 avqust 2016 08:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında növbəti telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər.

E. Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Mevlüt Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR