Rio-2016: Azərbaycan güləşçisi Toğrul Əsgərov Olimpiadada gümüş medal qazanıb - YENİLƏNİB-2

Rio-2016: Azərbaycan güləşçisi Toğrul Əsgərov Olimpiadada gümüş medal qazanıb - <span style="color: red;">YENİLƏNİB-2
# 21 avqust 2016 19:25 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov final görüşünü keçirib.

APA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Rusiya təmsilçisi Soslan Ramonov ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Toğrul Əsgərov bu dəfə qələbə qazana bilməyib.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.

***

17:54

Bakı-APA. Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov növbəti görüşə çıxıb.

APA-nın məlumatına görə, T. Əsgərovun yarımfinalda rəqibi italiyalı Frank Markez Xamizon olub.

T. Əsgərov 7:4 hesabı ilə görüşdə qalib gəlib.

***

saat 17.00

Bakı-APA. Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov 1/4 finalda mübarizə aparıb.

APA-nın məlumatına görə, onun rəqibi Frank Molinaro (ABŞ) olub.

T. Əsgərov görüşdə 12:2 hesabı ilə qalib gəlib.

***

16.06

Bakı-APA. Bu gün Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov yarışa 1/8 finaldan start verib.

APA-nın məlumatına görə, onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub.

To. Əsgərov görüşdə qalib gəlib. Pəhləvanımızın 1/4 finalda rəqibi Maqomedmurad Qacıyev (Polşa)/Frank Molinaro (ABŞ) cütünün qalibi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR